Salyanda ağır qəza: yaralılar var

Salyanda ağır qəza: yaralılar var

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

AzerTimes Report-a istinadla xəbər verir ki, “Mersedes” markalı avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.

Qəza nəticəsində Salyan şəhər sakinləri; – 1974-cü il təvəllüdlü Abbasov Mahir Malik oğlu, 1976-cı il təvəllüdlü Səfərova Məhluqə Məhəmməd qızı, 2012-ci il təvəllülü Səfərov Zaur Ələkbər oğlu, 2002-ci il təvəllüdlü Səfərova Leyla Ələkbər qızı, 2003-cü il təvəllüdlü İmanov Əli Əziz oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: