Bu Türkiyə üçün seçim deyil, zərurətdir – Gülər

Bu Türkiyə üçün seçim deyil, zərurətdir – Gülər

Üç tərəfdən dənizlərlə əhatə olunmuş Türkiyənin hüquq və qanunlarını qorumaq üçün güclü Hərbi Dəniz Qüvvələrinə sahib olmağımız seçim deyil, zərurətdir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.

“Bu şüurla şanlı Türkiyə Hərbi Dəniz Qüvvələrini daha müasir, daha təsirli və daha güclü etmək üçün dəniz müdafiə sənayesində böyük addımlar atdıq və atmağa davam edirik. Yerli və sualtı torpedo AKYA, milli qanadlı raket “Atmaca” və yüksək təsirə malik “Sapan” raketlərinin kütləvi istehsalı istiqamətində atılan addımların əhəmiyyəti böyükdür. Bu məhsullar həm daxili sularımızda, həm də beynəlxalq sulardakı əməliyyatlarda donanmamıza böyük töhfələr verəcək”, – Gülər vurğulayıb.

Teqlər: