Bu türk ölkəsində nazirlərin sayı iki dəfə azaldılır

Bu türk ölkəsində nazirlərin sayı iki dəfə azaldılır

Özbəkistanda nazirlik və idarələrin sayı iki dəfə azaldılır.

AzerTimes xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şövkət Mirziyayev fərman imzalayıb.

“Mən inzibati islahatlarla bağlı fərman imzaladım. Nazirlik və idarələrin sayı 61-dən 28-ə endiriləcək, dövlət qulluqçularının sayı isə tədricən 25-30% azaldılacaq. Nazirlik və komitələrin, qurum və müfəttişliklərin funksiyaları, onların hər birinin səlahiyyətləri dəqiq müəyyən ediləcək. İslahat prosesində bir çox nazirlər dəyişdiriləcək”, – Mirziyayev bildirib.

Onun sözlərinə görə, inzibati islahatlar zamanı idarə rəhbərlərinin birbaşa baş nazirlə işləyə biləcəyi sistem tətbiq olunacaq.

Teqlər: