Bu türk ölkəsində 1 Putin, 1 Tramp və 8 Bayden var

Bu türk ölkəsində 1 Putin, 1 Tramp və 8 Bayden var

Qazaxıstan vətəndaşları arasında bir Putin, bir Tramp və səkkiz Bayden adını daşıyan var.

AzerTimes xəbər verir ki, bu barədə Qazaxıstanın “ranking.kz” saytı məlumat yayıb.

“Siyasi xadimlər ənənəvi olaraq valideynləri uşaqlarına ad qoymağa ruhlandırırlar. Belə ki, respublikada Putin adlı bir, Tramp adlı bir, Bayden adlı səkkiz vətəndaş yaşayır. Ölkə prezidentinin isə 12 adaşı var (Qasım Jomartov)”, – məlumatda qeyd olunub.

Teqlər: