Bu türk ölkəsi gender bərabərliyi strategiyasını təsdiqlədi

Bu türk ölkəsi gender bərabərliyi strategiyasını təsdiqlədi

Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov 2030-cu ilə qədər gender bərabərliyinə nail olmaq üzrə milli strategiyanı təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə “AKİpress” məlumat yayıb.

Strategiya ilə eyni vaxtda gender bərabərliyinə nail olmaq üzrə 2022-2024-cü illər üçün milli fəaliyyət planı qəbul edilib. Strategiya və plan dövlət orqanları, regional administrasiyalar və Bişkek və Oş şəhərlərinin meriyaları tərəfindən həyata keçiriləcək.

Strategiyanın həyata keçirilməsi Qırğızıstanın Əmək, Sosial müdafiə və Miqrasiya Nazirliyinə tapşırılıb.

Teqlər: