Bu, Trampı öldürməyə çağırışdır – Kennedi

Bu, Trampı öldürməyə çağırışdır – Kennedi

ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın faşizmdə ittiham edilməsi siyasətçinin həyatına sui-qəsdlərə səbəb ola bilər.

AzerTimes xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizədliyini geri götürmüş kiçik Robert Kennedi deyib.

O qeyd edib ki, bu cür təxribatçı və təhlükəli müqayisələr Amerika cəmiyyətinə pis təsir edə bilər.

“Prezident olmaq üzrə olan siyasətçinin Hitlerlə müqayisəsi, sanki bu adamı vəzifəyə başlamazdan əvvəl öldürməyə çağırışdır”, – Kennedi vurğulayıb.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer oktyabrın 23-də ABŞ prezidenti Co Baydenin Trampı faşist hesab etdiyini açıqlamışdı.

Teqlər: