BOS-un ərazisi bu tarixdən tam istifadəyə veriləcək

BOS-un ərazisi bu tarixdən tam istifadəyə veriləcək

Bakı Olimpiya Stadionunun ərazisi noyabrın 4-dən etibarən tam istifadə ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf COP29 Azərbaycan Əməliyyat Şirkəti ilə memorandum imzalanma mərasimində deyib.

“Bakı Olimpiya Stadionunun ərazisi və müvəqqəti qurğular 4 noyabrdan etibarən tam istifadə ediləcək”, – deyə o bildirib.

Qeyd edək ki, cari ilin 4 noyabr tarixindən etibarən Bakıda COP29-a dair ilkin sessiya (işçi qrupu) görüşləri başlanacaq.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. İki həftə ərzində Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutub və onun katibliyi Bonnda yerləşir.

Teqlər: