Bu təşkilat öhdəliyini icra etməyib… – Nazir

Bu təşkilat öhdəliyini icra etməyib… – Nazir

Torpaqlarımız azad ediləndən sonra Azərbaycan UNESKO-ya dəfələrlə müraciət edib.

AzerTimes xəbər verir ki, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair YUNESKO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, bütün bu müraciətlərə baxmayaraq, UNESKO missiyasını yerinə yetirməyib, öz öhdəliyini icra etməyib:

“Bu təşkilatın siyasi motivlər üzərində texniki missiyanı həyata keçirməməsi onun nüfuzuna böyük bir xələl gətirib. Konfransdan istifadə edərək UNESCO-ya çağırış edirik və öz mandatını yerinə yetirməyə səsləyirik”.

Teqlər: