Bu təlimlər birbaşa Tehrana ünvanlanıb

Bu təlimlər birbaşa Tehrana ünvanlanıb

İranın bir neçə dəfə Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər Bakı ilə yanaşı Ankaranı da ciddi düşündürmüşdü. Ankaranın Tehranla münasibətləri bizimki qədər gərgin deyil. Ancaq Türkiyə İranın Azərbaycanı hədələməsinə seyrçi qala bilməzdi və Azərbaycanla birgə hərbi təlimlər vasitəsilə Tehranı xəbərdar etməliydi.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloq bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə hərbi təliminin iştirakçılarına müraciətinin tamamı birbaşa Tehrana ünvanlanan mesaj idi:

“Türkiyə-Azərbaycan birgə hərbi təlimləri İranda yaşayan fəal azərbaycanlıları öz haqları uğrunda mübarizəyə daha çox həvəsləndirir. Tehranın ağlı və məntiqi olsa, gərək bir daha Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsin. Ancaq məntiq olsaydı, münasibətləri gərginlikdən qurtarmaq üçün yollar axtarardılar”.

Teqlər: