286-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

286-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 286-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 340 təyyarəsi, 180 helikopteri, 2634 PUA-sı, 391 zenit-raket kompleksi, 7010 tank və digər zirehli texnikası, 910 reaktiv yaylım atəş sistemi, 3662 artilleriya və minaatanı, 7484 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Teqlər: