Bu təklifimizi millətin ixtiyarına verəcəyik – Ərdoğan

Bu təklifimizi millətin ixtiyarına verəcəyik – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan konstitusiyaya dəyişikliklərlə bağlı parlamentə təklif təqdim etmək niyyətində olduğunu bildirib.

AzerTimes xəbər verir ki, bu barədə “Haber Türk” telekanalı məlumat yayıb.

“Biz konstitusiyaya dəyişikliklərlə bağlı təklifimizi millətin ixtiyarına verəcəyik”, – R.T.Ərdoğan qeyd edib.

Türkiyə lideri ölkənin bütün siyasi qüvvələrini yeni konstitusiya layihəsinin hazırlanmasında iştirak etməyə çağırıb.

Qeyd edək ki, bu gün Türkiyənin yeni hökumətinin iclası 4 saatdan çox davam edib.

Teqlər: