Bu tədris ili məktəbli formalarına maraq çox az olub – Bakı Tekstil Fabriki

Xəbər - Elçin Mehdiyev – Trend:

Bu tədris ili məktəbli formalarına maraq çox az olub. Çox az sayda valideyn övladlarına məktəbli formaları alıblar.

Bu barədə Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva AzerTimes-a açıqlamasında yeni məktəbli geyimləri barədə təkliflər irəli sürdüklərini bildirib.

S.Babayeva vurğulayıb ki, mağazalarda lazımi sayda məktəb formaları olub.

“Məktəbli formalarının satışı çox aşağı olub. Valideynlər çox az maraq göstərdi. İnsan axını yox idi, valideynlər maraq göstərmirdi. Təbii ki, bu, pandemiya ilə əlaqədar olaraq belə idi, onlar bilimirdi məktəb davamlı olaraq açıq olacaq, ya yox”, – deyə S.Babayeva qeyd edib.

Onun sözlərinə görə, növbəti tədris ili üçün kifayət qədər məktəbli forması ehtiyatı var.

Teqlər: