Belarus Silahlı Qüvvələrinin sülhməramlı bölüyü Qazaxıstana yola düşüb

Belarus Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin 103-cü Hava Desant Briqadasının sülhməramlı bölüyü Qazaxıstana yola düşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Belarus Müdafiə naziri general-leytenatnt Biktor Xrenin bildirib.

“KTMT Kollektiv Təhlükəsizlik Şurasının beynəlxalq və müttəfiq öhdəliklərinin yerinə yetirilməsi üçün qərarına uyğun olaraq, Belarus Respublikası Qazaxıstan Respublikası ərazisində konstitusiya quruluşunun pozulmasına, suverenliyin və müstəqilliyin itirilməsinə səbəb ola biləcək böhranlı vəziyyətin həllində iştirak etmək üçün Belarus hərbi kontingentini göndərir”.


Nazir bildirib ki, bu məqsədlər üçün xüsusi əməliyyat qüvvələrinin 103-cü Vitebsk hava-desant briqadasından təlim keçmiş sülhməramlı bölüyün göndərilməsi barədə qərar qəbul edilib.