Bu stansiyalara giriş saat 23:30-da bağlanacaq

Bu stansiyalara giriş saat 23:30-da bağlanacaq

Bakı Metropoliteni QSC-nin Bənövşəyi xəttinin “Xocəsən-Avtovağzal” sahəsində qatarların hərəkətinin təhlükəsiz təşkilinə dair sistemlərin sazlama və sınaq işlərinə başlanılır.

Qurumdan AzerTimes-a verilən məlumata görə, bununla əlaqədar sabahdan başlayaraq oktyabrın 16-na qədər “Avtovağzal”, “Memar Əcəmi” və “8 Noyabr” stansiyaları sərnişinlərin girişinə saat 23:30-da bağlanacaq və qatarların hərəkəti məhdudlaşdırılacaq.

Teqlər: