Bu sözü deyən ya dilentantdır, ya da provokator

Bu sözü deyən ya dilentantdır, ya da provokator

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın guya Rusiyadan qaz alıb Avropaya satacağı ilə bağlı xəbərləri təkzib edib.

AzerTimes xəbər verir ki, Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycanın Rusiyadan 1 milyard kubmetr qaz almaq barədə kontrakt bağladığını, amma bunun heç yarısını da almadığnı deyib.

“Təkcə keçən il Azərbaycanda istehsalın və ixracın həcminə nəzər salsaq görərik ki, biz 22 milyard kubmetr qaz ixrac etmişik və mənim fikrimcə, cəmi 200 və 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik. Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik və həmin 1 milyarddan qalan hissəni idxal edəcəyik. Yəni, bizim guya Rusiyadan qaz alıb onu sonradan satacağımız barədə ya diletantlar, ya da provokatorlar danışa bilərlər. Ona görə də düşünürəm ki, bu halda biz belələrinin hər ikisi ilə üzləşirik. Bununla belə, Azərbaycana daim qara yaxmaq, bizim rolumuzu, əhəmiyyətimizi azaltmaq cəhdləri yeni məsələ deyil. Yadımdadır, bir vaxtlar deyirdilər ki, Azərbaycanın nefti yoxdur, Bakı-Tiflis-Ceyhan kəməri çəkilməyəcək, sonra deyirdilər ki, Azərbaycanın qazı yoxdur, indi də deyirlər, qoy desinlər. Biz öz işimizi görmüşük və bu işi uğurla görürük”, – Prezident bildirib.

Teqlər: