Bu sistem Rusiyaya ağır zərbə endirir: hücumlar azaldı

Bu sistem Rusiyaya ağır zərbə endirir: hücumlar azaldı

Ukrayna Silahlı Qüvvələrinin arsenalına daxil edilən HİMARS raket-artilleriya sistemi Rusiya ilə cəbhə xəttindəki əməliyyatlara əhəmiyyətli təsir göstərir.

AzerTimes xəbər verir ki, bu barədə Pentaqonun rəsmi saytında məlumat yayılıb.

Adı açıqlanmayan yüksəkçinli hərbi məmur bildirib ki, HİMARS eyni vaxtda bir neçə yüksək dəqiqlilkli raket buraxmaq imkanındadır:

“ABŞ yaxın vaxtlarda daha 4 HİMARS verməyi vəd edib. Bununla da Ukrayna ordusunda bu sistemlərdən 12 ədəd olacaq”.

Onun sözlərinə görə, HİMARS-ın sayəsində Rusiyanın hücumları azalıb.

Teqlər: