Nazirlər Kabineti “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin əməkhaqlarının təsdiq edilməsi barədə” qərar verib.
AzerTimes-ın xəbərinə görə, qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Qərar “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
Qərarla “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyəti üzvlərinin və digər işçilərinin aylıq vəzifə maaşlarının sxemi” aşağıdakı redaksiyada verilib: