ABŞ “Minuteman III” raketini sınaqdan keçirdi

ABŞ “Minuteman III” raketini sınaqdan keçirdi

ABŞ-ın Kaliforniya ştatında Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri birgə “Minuteman III” qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirib.

AzerTimes xəbər verir ki, bu barədə “Amerikanın səsi” məlumat yayıb.

“Raketin buraxılışı hava komandanlığı məntəqəsindən istifadə edilməklə həyata keçirilib, raketin uçuşu, o cümlədən sınaq döyüş başlığı “Navy E-6B Mercury” təyyarəsindən idarə olunub. Döyüş başlığı təxminən 6800 kilometr uçub”, – məlumatda deyilir.

Sözügedən hərbi qurumlar bildiriblər ki, ABŞ-ı döyüşə hazır nüvə qüvvələri ilə istənilən vaxt, istənilən yerdə, komandanlıqla, qlobal zərbə ilə müdafiə etməyə həmişə hazırdırlar.

Teqlər: