Bu şəxslərin əmək pensiyaları yenidən hesablanmaqla artırılacaq

“Əmək pensiyaları haqqında” qanuna vacib dəyişikliklərdən biri
də ailə üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların
hesablanması qaydası ilə bağlıdır.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, ailə üzvlərindən biri, ailə başçısının qulluq
stajına görə əlavə təyin olunmuş yoldaşı və övladları istisna
olmaqla, öz seçimi ilə digər növ əmək pensiyasını, yaxud ailə
başçısını itirməyə görə müavinət istisna olmaqla sosial müavinəti
aldıqda ona ailə başçısının itirilməsinə görə düşən əmək
pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə
onların əmək pensiyasının məbləği yenidən hesablanır.

“Bu isə həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması
yolu ilə artmasına səbəb olacaq. Eyni zamanda, vəfat etmiş ailə
başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən
hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını
itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq”, –
deyə o bildirib.

Teqlər: