Bu şəxslərin dövlət qulluğuna xitam verilə bilər

May ayından etibarən dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi üçün imtahanlar hər ay keçiriləcək.

AzerTimes-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin
Hüquqi-təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar
Əsgərov bildirib

O qeyd edib ki, may ayından etibarən ilk 3 ay ərzində imtahanlar
hər ay keçiriləcək və sonra isə imtahanların keçirilmə intensivliyi
iştirakçıların sayına uyğun olaraq müəyyən ediləcək.

V.Əsgərov vurğulayıb ki, dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi üzrə sertifikatı ala bilməyən şəxslərin dövlət
qulluğuna xitam verilə bilər. “2016-cı ildən, yəni dövlət qulluğu
ilə bağlı sertifikat sistemi qəbul edilmədən əvvəl dövlət
qulluğunda işləyən şəxslər əgər öz işlərini davam etdirmək
istəyirlərsə sertifikat əldə etmələrinə ehtiyac yoxdur”, – deyə o
əlavə edib.

Teqlər: