Bu şəxslərdən restoran və ticarət mərkəzlərində “buster” doza tələb olunacaq

Xəbər - Fərid Zöhrabov – Trend:

Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən
COVID-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş
şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.


Trend
xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında
deyilirş.

Bildirilir ki, “Peyvənd sertifikatı” tələb olunan sahələrdə
çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən
istifadə edən yaşı 18-dən yuxarı şəxslərin 2-ci dozalarının
üzərindən 6 ay keçdikdən sonra “buster” doza ilə peyvəndlənməsi
tövsiyə olunur. Bunun üçün https://randevu.its.gov.az saytına daxil
olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn
qaydada növbə götürülməlidir.

Qeyd edək ki, sabahdan etibarən aşağıdakı məkanlara yaşı 18-dən
yuxarı olan şəxslərdən yalnız etibarlı olan “Peyvənd sertifikatı”,
“İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” olanların
girişinə icazə veriləcək.

1. İctimai iaşə müəssisələrinə (kafe, restoran və s.)

2. Mehmanxanalara

3. İri ticarət mərkəzlərinə


4. İdman və sağlamlıq-bərpa obyektlərinə

5. Toy və ya digər şənliklərə

6. Ali təhsil müəssisələri və kolleclərə

Dövlət qurumlarında, eləcə də bu Qərarın əlavəsində sadalanan
(tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri və
digər sahələrdə) iş və xidmət sahələrində çalışan işçilərdən
etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud
“Əks-göstəriş sertifikatı”nın olması tələb ediləcək.

Əlavə məlumat üçün bildirək ki, koronavirusa qarşı Azərbaycanda
tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını
vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd
sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən
sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması
nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda “Peyvənd
sertifikatı”nın qüvvədə olması müddətsiz olaraq uzadılır.

Teqlər: