Bu şəhərin inkişafını görəndə çox sevindim – Əliyev

Bu şəhərin inkişafını görəndə çox sevindim – Əliyev

Paytaxtınız, ilbəil gözəlləşən Düşənbə şəhərinin coşqun inkişafını görəndə çox sevindim. Mən axırıncı dəfə Düşənbəyə təqribən beş il bundan əvvəl gəlmişdim və əminliklə deyə bilərəm ki, bu qısa müddət ərzində mühüm müsbət dəyişikliklər baş verib.

AzerTimes xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti İmaməli Rəhman ilə birgə mətbuata bəyanatında söyləyib.

Tacikistanlı həmkarını və bütün qardaş Tacikistan xalqını Tacikistanın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər münasibətilə təbrik edən dövlət başçısı deyib:

“Onu da qeyd etmək istərdim ki, həm gördüklərim, həm də Tacikistan Prezidentinin gələcək planları barədə mənə dedikləri ona dəlalət edir ki, Tacikistanın paytaxtı daha gözəl, qonaqlar və sakinlər üçün daha rahat olacaq”.

Teqlər: