Bu şəhər və rayonların əhalisi daha çox həkimə müraciət edir

Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan
müraciət sayına əsasən ilk onluqda yer alan şəhər və rayonlar
Mingəçevir (442), Gəncə (249), Balakən (220), Şirvan (205), Yevlax
(203), Beyləqan (193), Qəbələ (169), Göyçay (160), Qax (158) və
Göygöldür (154).

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, icbari
tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən
Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən cari ilin
yanvar ayı ərzində 58 şəhər və rayonda 421 134 vətəndaşa 1 488 464
tibbi xidmət göstərilib.

Bu müddətdə tibb müəssisələrinə 655 626 müraciət daxil olub.
Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 295 394-ü
ambulator, 193 070-i isə stasionar şəraitdə göstərilib.

Ötən ay ərzində 58 rayon və şəhər üzrə tibb müəssisələrinə
müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların
müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan
dövranı sistemi xəstəlikləri, endokrin sistemin xəstəlikləri,
maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət
sisteminin xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və
əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, mamalıq və
ginekologiya, gözün və gözün əlavə aparatının xəstəlikləri və
müəyyən simptomlarla bağlı olub.

Teqlər: