Bu səfirlər Rusiyadan qovulmalıdır – Medvedyev

Bu səfirlər Rusiyadan qovulmalıdır – Medvedyev

Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən imtina etdiklərinə görə, Avropa Birliyi ölkələrinin səfirləri qovulmalı və dövlətləri ilə diplomatik əlaqələr aşağı həddə endirilməlidir.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X səhifəsində yazıb.

O, həmçinin qeyd edib ki, Avropa dövlətlərinin səfirlərinin Rusiya XİN rəhbəri ilə görüşdən imtina etməsi diplomatik missiyaların mövcudluğu ideyasına tamamilə ziddir.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov seçki öncəsi AB ölkələrin diplomatları ilə görüş təyin edildiyini, lakin görüşə iki gün qalmış qarşı tərəfin bundan imtina etməsini açıqlamışdı.

Teqlər: