Bu şagirdlərlə bağlı xüsusi siyahı hazırlanacaq

11-ci sinif buraxılış imtahanlarında 200 baldan yuxarı nəticə
göstərənlərin arasında müəyyən şagirdlər var ki, onlar ali
məktəblərə sənəd verməyib.


Trend
-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM)
Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, Dövlət İmtahan Mərkəzi həmin şagirdlərə fərdi
yanaşmaq üçün siyahını Təhsil Nazirliyinə təqdim edəcək.

“Çünki o uşaqların nəticələri çox yaxşıdır və öz yaşıdlarından
fərqlənirlər. Həmçinin qeyd etmək lazımdır ki, hər il XI sinfi
bitirən şagirdlərin təxminən 30 faizə qədəri ümumiyyətlə orta
ixtisas məktəblərinə və ya ali məktəbə sənəd vermirlər”, – deyə o
əlavə edib.

Teqlər: