Bu, Rusiyanın müstəqilliyinin bədəlidir

Bu, Rusiyanın müstəqilliyinin bədəlidir

Rusiyaya qarşı sanksiyalar onun müstəqilliyinin və suverenliyinin qiymətidir.

AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İran dövlət televiziyası və radiosuna müsahibəsində deyib.

“Tehran kimi Moskva da sovet dövründən sanksiyalara öyrəşib və sovet dövründən bu yana ölkəyə qarşı qoyulan məhdudiyyətlərin ümumi sayı, yəqin ki, minlərlə ölçülür. Ancaq güman ki, bu, həm ölkəmizin, həm də İranın öz müstəqilliyi və suverenliyi üçün ödədiyi qiymətdir. Rusiyada belə bir atalar sözü var: deyirlər ki, bizi öldürməyən hər şey bizi daha da gücləndirir”, – Peskov deyib.

Teqlər: