Bu, Rusiyanın daimi taktikasıdır – Qumenyuk

Bu, Rusiyanın daimi taktikasıdır – Qumenyuk

Xerson vilayətində Dnepr çayının sahillərində rus işğalçılarının təxribat və kəşfiyyat qruplarından istifadə etməsi düşmənin daimi taktikasıdır.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirici Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib.

“Bu, onların daimi taktikasıdır. Məqsədləri ordumuzu tükəndirmək, müdafiəmizin dərinliyini və gücünü sınamaq, xüsusən də azad edilmiş sağ sahildə olan mülki əhalinin ümumi psixoloji durumunu sarsıtmaqdır”, – Qumenyuk qeyd edib.

Teqlər: