Rusiya qazının qiymətləri və ümumavropa enerji alışlarına tavanın tətbiqi Budapeşt və Moskva arasında qaz müqavilələrini ləğv edəcək.
AzerTimes xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban bildirib.
“Qiymət tavanının tətbiqi bizim maraqlarımıza uyğun deyil, çünki bu halda Macarıstana qazın verilməsini təmin edən müqavilələr etibarsız olacaq və ölkə enerji təchizatından məhrum olacaq”, – Orban qeyd edib.