Bu, Rusiya ilə aparılan müharibənin bir hissəsidir – Senator

Bu, Rusiya ilə aparılan müharibənin bir hissəsidir – Senator

“Krokus Siti Holl”da baş verən terror aktı Qərb kəşfiyyat xidmətlərinin uzun illərdir Rusiya ilə apardığı müharibənin bir hissəsidir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı senator Andrey Klişas bildirib.

“Krokusda törədilən terror aktı araşdırılacaq və biz onu törədənləri tapacağıq, lakin bu gün mən şübhə etmirəm ki, bu hücum Qərb kəşfiyyat xidmətlərinin uzun illərdir Rusiya ilə apardığı müharibənin bir hissəsidir. Biz hər şeyi xatırlayırıq. 90-cı illərdə Qafqazdakı terrorçular, 2014-cü ildə Ukraynada dövlət çevrilişi, Minsk razılaşmalarının pozulması, Novorossiyada dinc əhalinin məhv edilməsi, russofobiya, neonasizmə dəstək, Krokus… Bunlar hamısı eyni müharibənin mərhələləridir”, – senator deyib.

Qeyd edək ki, “Krokus Siti Holl”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.

Teqlər: