Bu rejimlər terrorizmin əvəzini ağır ödəyir – Netanyahu

Bu rejimlər terrorizmin əvəzini ağır ödəyir – Netanyahu

Terrorizmi dəstəkləyən rejimlər onun əvəzini ağır ödəyir.

AzerTimes xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib.

Baş nazirin sözlərinə görə, son aylar ərzində onlarla terrorçu məhv edilib.

“İsrail terrorizmin xarici sponsorlarına qarşı mübarizə də daxil olmaqla bütün cəbhələrdə terrorla mübarizəni davam etdirir və buna ölkədə məhkəmə islahatları ilə bağlı daxili siyasi mübahisə mane olmayacaq. Biz hər vasitə ilə terrora qarşı fəaliyyət göstəririk”, – baş nazir vurğulayıb.

Teqlər: