Bu rayonlarımıza qar yağır

Bu rayonlarımıza qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dekabrın 29-u saat 17:00-a olan məlumatına əsasən, Altıağac, Qrız, Quba, Qusarda qar, Kürdəmir, Şabranda yağış yağır.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23-28 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Küləkli hava şəraiti dekabrın 29-u gecəyə doğru tədricən mülayimləşəcək. Dekabrın 30-u və bayram günlərində dekabrın 31-i, 2023-cü il yanvarın 1-4 tarixlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Teqlər: