Bu rayonda internet kəsildi

Bu rayonda internet kəsildi

Daşkəsən rayonunda internetin verilməsində problemlər yaranıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, buna Gəncə-Daşkəsən magistral data kanalında baş vermiş qəza səbəb olub.

Belə ki, xəttin qırılması səbəbindən hazırda daxili telefonların və emaillərin istifadəsində fasilələr yaranıb.

Qeyd edək ki, bir neçə saatdır yaranmış problemin bərpası üçün müvafiq işlər davam etdirilir.

Teqlər: