Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti dayandırılıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin 3 saylı Regional Su Kanal idarəsinin Biləsuvar sahəsindən verilib.
Məlumata görə, Hacıqabul rayonunda yerləşən və Biləsuvar şəhərini içməli su ilə təmin edən sutəmizləyici qurğuda yaranmış nasazlığın aradan qaldırılması ilə əlaqədar bu gündən başlayaraq sabah günün birinci yarısınadək 5 100 abonentin yaşadığı Biləsuvar şəhərinə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılır.