Bu qurultaydan yüksək gözləntim yoxdur – Rauf Arifoğlu

Bu qurultaydan yüksək gözləntim yoxdur – Rauf Arifoğlu

Jurnalistlərin qurultayından yüksək gözləntim yoxdur. İnqilab xarakterli bir dəyişiklik gözləmirəm. Amma təbii ki, hər hansı dəyişiklik, hərəkətlilik və fəallaşma arzu edirəm.

Bu sözləri AzerTimes-a açıqlamasında “Yeni Müsavat” Media Qupunun rəhbəri Rauf Arifoğlu 24 sentyabr tarixində keçiriləcək Azərbaycan jurnalistlərinin VIII qurultayınndan gözləntiləri haqda danışarkən deyib.

Onun sözlərinə görə, 19 il əvvəl Mətbuat Şurası yarananda jurnalistlərin I qurultayı zamanı informasiya məkanında əsas söz sahibi indikindən fərqli olaraq çap mediaları idi:

“Məhz buna görə də, media şurası yox, Mətbuat Şurası yaratdıq. O zamandan 19 il ötüb. Vəziyyət dəyişib. Artıq informasiya daşıyıcıları və informasiya məkanında əsas oyunçular çap mediaları deyil, media və sosial mediadır ki, insanlar informasiyanı oradan alırlar. Demək olar ki, interaktivlik yaranıb. Belə bir vəziyyətdə Mətbuat Şurasının gələcəyinin var olması özü belə sual altında qalırdı.

Azərbaycan dövləti dəstəyini əsirgəmədi, mətbuat prinsipi ilə yaşadı və bununla bərabər onun üzərində bərqərar olan Mətbuat Şurası da yaşadı, yeniləndi. Kimlər ki, özlərinə yeni media əlavələri qurmuşdular, onlar böyüdü və onların vasitəsilə də Mətbuat Şurası yeniləndi.

Qulu Məhərrəmli və digər dostlarımız doğru söyləyirlər ki, Mətbuat Şurası, onun idarə heyəti və təsisçi heyəti də yenilənməlidir. Həmkarlarıma uğurlar arzu edirəm və ümüd edirəm ki, Mətbuat Şurasının ən azı yaxın on ildə mövcudluğu mümkün olacaq. Amma yenilənmiş Mətbuat Şurası olaraq”.

Teqlər: