Bu qruplarda keçid balları artdı – Ekspert

Bu qruplarda keçid balları artdı – Ekspert

Builki qəbul imtahanı göstəricilərində ötən illə müqayisədə bəzi ixtisas qruplarında keçid ballarının enməsi müşahidə olunub.

Bu sözləri AzerTimes-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Elçin Əfəndi bildirib ki, I və IV qrupun keçid ballarında azalma, II və III qrupda isə artım müşahidə olunub:

“I və IV qrup ixtisaslarında yüksək bal toplayanların sayının az olması keçid ballarına təsir edib. II və III qruplarda isə bunun tam əksi olaraq bəzi ixtisaslarda keçid ballarında artım qeydə alınıb. V qrupda idman və dizayn istiqamətində artım qeydə alınıb. Digər ixtisaslarda isə demək olar ki, ötən illərdə formalaşan keçid balları olduğu kimi qalıb.

Ümumi olaraq götürsək, builki abituriyentlər, xüsusilə I və IV qruplar daha şanslı olub. Çünki bu il 27 min dövlət sifarişli yer ayrılıb. Demək olar ki, I və IV qruplarda 200-210 bal toplayan abituriyentlər pulsuz təhsil alacaq. Bu, abituriyentlər üçün gözəl imkandır. Ümumiyyətlə qəbul olan abituriyentlərin 48%-ə yaxını ödənişsiz təhsil alacaq. Bu da təbii ki, böyük bir nəticə hesab olunur”, – o qeyd edib.

Teqlər: