Bu qayıqların fəaliyyətinə qadağa qoyuldu

Bu qayıqların fəaliyyətinə qadağa qoyuldu

Bəzi yararsız qayıqların fəaliyyətinə qadağa qoyulub.

Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətindən məlumat verilib.

Belə ki, Xidmət tərəfindən Kür çayının Mingəçevir şəhərindəki sahillərində, Mingəçevir, Yenikənd və Şəmkir su anbarlarında kiçikhəcmli gəmilərə texniki baxış keçirilib. Baxış zamanı gəmilərin texniki sənədləri, onların yük və sərnişingötürmə qabiliyyəti üzrə texniki tələb və normaları, mühərriklərin gücü və sayı, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, xilasetmə və yanğın əleyhinə vasitələr, naviqasiya və digər avadanlıqlarla təchizatı yoxlanılıb.

Qeyd edək ki, texniki baxışın keçirilməsi üçün ərazi üzrə ümumilikdə 84 asma mühərrikli qayığın sahibindən müraciət daxil olub. Texniki baxış nəticəsində norma və tələblərə cavab verən 66 nəqliyyat vasitəsinin (qayığın) sahibinə üzməyə icazə verən texniki talon təqdim olunub, tələblərə cavab verməyən qayıqların istismarına qadağa qoyularaq, yararsızlığı barədə akt tərtib edilib.

Hazırda FHN tərəfindən kiçikhəcmli gəmilərin texniki vəziyyətinin qiymətləndirilməsi davam etdirilir.

Teqlər: