Bu, “Qarabağ”la həlledici matçdır – Qonsales

Bu, “Qarabağ”la həlledici matçdır – Qonsales

Heyətdə dəyişiklik olacaq. İlk matçda 3 zədəli futbolçudan istifadə edə bilmədik. Qarşıdakı matçları da nəzərə alacağıq. Start heyətə tam qərar verməmişəm.

AzerTimes xəbər verir ki, bunu Yunanıstanın “Olimpiakos” komandasının baş məşqçisi Miçel Qonsales Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, bugünkü məşqdən sonra kimlərin görüşə hazır olub-olmayacağı müəyyənləşəcək:

“Bu, bizim üçün həlledici matçdır. Bunu paltardəyişmə otağında hiss etmək olur. Qələbə qazanmasaq, çətin olacaq”.

Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Teqlər: