Bu qanuna veto qoyacağam – Zurabişvili

Bu qanuna veto qoyacağam – Zurabişvili

“Xarici agentlər haqqında” qanun layihəsi üç oxunuşda qəbul olunarsa, ona veto qoyacağam.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Avropa Birliyinin strategiyasına və tövsiyələrinə zidd olan digər qanunlara etdiyim kimi bu qanuna da veto qoyacağam”, – Zurabişvili bildirib.

Qeyd edək ki, bu gün Gürcüstan Prezidenti Salome Zurabişvilinin parlamentdə “Xarici agentlər haqqında” qanun layihəsinin müzakirəsi kontekstində respublikada yaranmış vəziyyətlə əlaqədar Avropa Birliyi ölkələrinin, eləcə də ABŞ və Böyük Britaniyanın səfirləri ilə təcili iclas keçirdiyi barədə məlumat yayılmışdı.

Teqlər: