Bu partiya da seçkilərə qatılmayacaq

Bu partiya da seçkilərə qatılmayacaq

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) fevralın 7-də keçirəcək növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.

AzerTimes Modern.az-a istinadən xəbər verir ki, bu barədə qərar partiyanın dünən keçirilən qurultayında qəbul edilib.

Partiya məclisi seçkidə iştirak etməmək barədə qərar qəbul edib və qurultayda həmin qərar təsdiqlənib.

Qurultay zamanı partiyanın nizamnaməsində bir sıra dəyişikliklər edilib.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə keçiriləcək seçkilərə 15 nəfər namizədliyini irəli sürüb, MSK 7 nəfərin namizədliyi təsdiq edib, 8 nəfərin müraciətinə baxır.

Teqlər: