Bu palatanın sabiq rəisi barəsində araşdırma başladı

Bu palatanın sabiq rəisi barəsində araşdırma başladı

Azərbaycan Auditorlar Palatasının sabiq rəisi və 2 əməkdaşı barəsində araşdırma başlayıb.

AzerTimes Trend-ə istinadən xəbər verir ki, Auditorlar Palatasının maliyyə və texniki təminat İdarəsinin sabiq rəisi Vəli Rəhimov, maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər auditoru Fəridə Novruzova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılır.

Xatırladaq ki, Vəli Rəhimov 1996-2023-cü illərdə Auditorlar Palatasında müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildə isə Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi təyin olunub.

Teqlər: