Amerikalı senator Kristofer Kuns OPEK+ qrupunun neft hasilatını azaltması qərarından sonra ABŞ və Səudiyyə Ərəbistanı arasında yaranan gərginliyə münasibət bildirib.
AzerTimes xəbər verir ki, senator həm Bayden hakimiyyətinin, həm də Senatın məsələ ilə bağlı addım atacağını deyib.
“Bununla bağlı ən çox ehtimal olunan addım Səudiyyə Ərəbistanına silah satışını dayandırmaqdır”, – Kuns qeyd edib.