Bu AB ölkələri Rusiyaya mal ixracını artırıb

Bu AB ölkələri Rusiyaya mal ixracını artırıb

Statistik məlumatlara əsasən, AB ölkələrinin əksəriyyəti iyun ayında Rusiyaya mal ixracını artırıb.

AzerTimes xəbər verir ki, bu barədə RİA məlumat yayıb.

Bildirilir ki, iyunda Rusiyaya ən çox ixrac həyata keçirən ölkələr arasında Almaniya (1,2 milyard avro), İtaliya (537 milyon avro) və Polşa (403,4 milyon avro) ilk sıraları tutub. İsveç, Lüksemburq, Yunanıstan, İrlandiya və Xorvatiya isə tədarükləri iki dəfədən çox artırıb.

Ümumilikdə 27 ölkədən yalnız dördü – Rumıniya (-44%), Belçika (-15%), Fransa (-6%) və İtaliya (-1%) ölkəyə aylıq ifadədə ixracını azaldıb.

Teqlər: