Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək

Ramazan bayramının nə vaxt qeyd edilməsi ilə bağlı fikir ayrılığı yaranıb.

AzerTimes Bakupost.az-a istinadən xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən bəzi ölkələr 21 apreli Ramazan ayının son günü olduğunu bildirib,

Avstraliya, Sinqapur, İndoneziya, Malayziya, Bruney, Tailand, Yaponiya və Filippin aprelin 22-ni Fitr bayramının ilk günü elan ediblər.

Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Fələstin, İraqda cümə günü bayramın ilk günü hesab edilir.

İran, Oman, Mərakeş və Liviya rəsmiləri hilal görünmədiyi üçün 21 aprel cümə gününü Ramazan ayının son günü olduğunu açıqlayıblar.

Azərbaycan isə Ramazan bayramını 21 apreldə qeyd edən ölkələr sırasındadır.

Teqlər: