Bu ölkələr konkret addımlar atmalıdır – Kalın

Bu ölkələr konkret addımlar atmalıdır – Kalın

Bildiyiniz kimi, son vaxtlar xüsusilə Stokholmda yenidən gündəmə gələn görüntülər var.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

“Əslində bu görüntülər PKK terror təşkilatının bu ölkədə nə qədər yerləşdiyinə dair ən parlaq nümunələrdən birini təşkil edir. Əgər İsveç hökuməti bu çağırışlara baxmayaraq, bu görüntülərə son qoymaq və tamamilə aradan qaldırmaq üçün addımlar atmayacaqsa, təbii ki, bu danışıqların irəliləyiş imkanı yoxdur. Bu istiqamətdə addım atacaqlarını bildirirlər. Bu addımların nədən ibarət olduğunu konkret görmək istəyirik”, – Kalın bildirib.

Kalın sözügedən ölkələrin Alyansa üzvlüyü ilə əlaqədar Brüsseldə görüş keçiriləcəyini bildirib:

“İsveç, Finlandiya və NATO nümayəndələri ilə iyunun 19-da Brüsseldə danışıqlar aparacağıq”.

O, görüşdə XİN rəhbərinin müavini Sədat Önalla birlikdə Brüsselə səfər edəcəyini söyləyib.

Teqlər: