Bayden yenidən namizəd olur – “Vaşinqton Post”

Bayden yenidən namizəd olur – “Vaşinqton Post”

ABŞ Prezidenti Co Baydenin müşavirləri hazırkı prezidentin 2023-cü ilin yazında yenidən prezidentliyə namizədliyini irəli sürəcəyini elan edə bilərlər.

AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Qəzetdə dərc olunan məqalədə 44-cü prezident Barak Obamanın ikinci müddətə namizədliyi üçün seçki kampaniyasının 2012-ci ilin yazında başladığı vurğulanıb.

Məqalədə sitat gətirilən anonim mənbələr Bayden komandasının artıq əsas ştatları tutan demokratlara böyük vəsait göndərdiyini bildirib. Bununla belə, məqalədə Baydenin yeni seçki kampaniyasına hazır olub-olmaması ilə bağlı Demokratlar Partiyası daxilində tərəddüdlərin davam etdiyi bildirilib.

Bayden yenidən seçilərsə, ikinci müddətinin sonunda 86 yaşı tamam olacaq və onun hazırkı səhhəti əsas narahatlıq mənbəyi kimi önə çıxır.

Qeyd edək ki, bundan əvvəl “Hill” nəşri Baydenin Obamaya 2024-cü il seçkilərində iştirak etməyi planlaşdırdığını söylədiyini bildirib.

Teqlər: