Bu ölkədə temperatur anidən 30 dərəcə endi

Bu ölkədə temperatur anidən 30 dərəcə endi

İsveçrədə qızmar istilərin yaşandığı avqust ayının son həftəsi soyuq hava və yağıntılarla başlayıb.

AzerTimes xəbər verir ki, 1638 metr yüksəklikdəki Zermatt bölgəsində qar yağıb.

Avqustun 24-də 31,2 dərəcə istiliyin müşahidə olunduğu bölgədə bu gün səhər saatlarında temperaturun 0,5 dərəcəyə düşdüyü deyilir.

Ölkənin cənubunda yerləşən Ticino kantonunda həftəsonundan başlayan güclü yağışlar sürüşmə riski yaradıb. Bölgədə bəzi çaylarda daşqın riskinin olduğu barədə də xəbərdarlıq edilib.

Teqlər: