Bu ölkədə korona ilə mübarizə bitdi

Bu ölkədə korona ilə mübarizə bitdi

Niderlandda koronavirusla bağlı karantin rejimi ləğv edilib.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin səhiyyə, rifah və idman naziri Ernst Kuipers bildirib.

Belə ki, Nazirlər Kabineti ölkədə bu günə qədər qüvvədə olan koronavirusa qarşı mübarizə tədbirlərinin ləğv edilməsi barədə qərar verib.

Nazirin sözlərinə görə, xəstəliyin simptomları aşkar edildikdə özünütəcrid və testdən keçmək tövsiyəsi də ləğv edilib. Bu isə o deməkdir ki, Niderlandda koronavirusla mübarizəyə yanaşma respirator virus infeksiyaları ilə mübarizə ilə eyni olacaq.

“İndi bunu həqiqətən də qrip adlandırmaq olar”, – nazir vurğulayıb.

Teqlər: