Papua-Yeni Qvineyada 6,9 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, zəlzələ ölkənin şimal hissəsində, 40,2 km dərinlikdə qeydə alınıb.
Ölkə mediası zəlzələ nəticəsində 3 nəfərin öldüyünü, ən azı 1000 evin dağıldığını bildirib.