Ötən gün Keniyanın qərbində dəhşətli avtomobil qəzası baş verib.
AzerTimes “Quardian” nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində 51 nəfər ölüb, 32 nəfər isə yaralanıb.
Məlumata görə, konteynerli yük maşını yoldan çıxaraq digər avtomobillərə və kəsişmədə dayanan insanların üzərinə aşıb.
Keriço dairəsinin qubernatoru Erik Mutai bildirib ki, ölənlər arasında 31 kişi, 18 qadın və iki uşaq var.