Suriya Kiyev hökumətinin oxşar addımına cavab olaraq Ukrayna ilə diplomatik əlaqələri kəsir.
AzerTimes xəbər verir ki, bu barədə SANA məlumat yayıb.
Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Dəməşqin “dxr” və “lxr”i tanıması qərarı nəticəsində Suriya ilə diplomatik əlaqələrin kəsildiyini açıqlamışdı.
Həmçinin, Ukrayna Suriyada hüquqi və fiziki şəxslərə qarşı ticarət embarqosu və digər sanksiyaların tətbiqi proseduruna başlayıb.